Bitkoinin məzənnəsi son 13 ayın ən yüksək həddinə çatıb

17-06-2019, 16:39
Oxunub: 70
Bitkoinlə keçirilən əməliyyatın günlük həcmi 21,5 milyard dollara yaxınlaşıb


Ötən günkü hərrac nəticəsində bitkoinin məzənnəsi Coindesk Bitcoin Price Index-ə görə son 13 ayın ən yüksək həddi olan 9381 dollar səviyyəsinə çatıb.

Report xəbər verir ki, bununla da ən geniş tələbata malik kriptovalyuta həmçinin 20 min dollaradək yüksəlişi ərəfəsindəki 2017-ci il dekabr ayının səviyyəsinə qayıdıb.

“Coinmarketcap”ın məlumatına görə, bitkoinlə keçirilən əməliyyatın günlük həcmi 21,5 milyard dollara yaxınlaşıb, bazar kapitallaşması səviyyəsi isə 162,5 milyard dollara çatıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti