“Fitch” dünya iqtisadiyyatına dair proqnozunu dəyişib

17-06-2019, 17:14
Oxunub: 115
“Fitch” cari il üçün dünya iqtisadi artımına dair 2,8 faizlik proqnozunu təsdiq edib


“Fitch” beynəlxalq reytinq agentliyi dünyada 2020-ci ildəki iqtisadi artımla bağlı proqnozunu 2,8 faizdən 2,7 faizədək azaldıb.

Report agentliyin icmalına istinadən xəbər verir ki, bu meylin səbəbləri arasında Çin, ABŞ, Braziliya biznesinə yatırım perspektivlərinin daralması nəticəsində artımın yavaşlanması, Çində istehlak artımının zəifliyi, başqa inkişaf etməkdə olan ölkələrdə də daha mötədil artım gözləntiləri göstərilir.

Həmçinin 2020-ci ilə dair Çində iqtisadi artım proqnozunu da 6,1 faizdən 6 faizə, ABŞ-da 1,9 faizdən 1,8 faizə, Braziliyada da 2,7 faizdən 2,2 faizədək azaldan “Fitch” cari il üçün dünya iqtisadi artımına dair 2,8 faizlik proqnozunu təsdiq edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti