Elmar Məmmədyarov TBMM Sədrinin müavini ilə görüşüb

12-06-2019, 21:28
Oxunub: 87
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisi (TBMM) Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etatist.com xəbər verir ki, Elmar Məmmədyarov Sürəyya Sadi Bilgici ölkəmizdə salamlamaqdan məmnunluq hissi keçirdiyini diqqətə çatdıraraq, bu səfərin iki ölkə arasında olan qardaşlıq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən TBMM Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd etdi və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib.

Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransından bəhs edərək, bu təşəbbüsün beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini bildiriblər.

Nazir Elmar Məmmədyarov iki qardaş ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament fəaliyyətini yüksək qiymətləndirib və parlamentarilər arasında eyni zamanda müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti