Fransa XİN başçısı Türkiyəyə səfər edəcək

12-06-2019, 15:04
Oxunub: 56
Səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında həyata keçirilir


Fransanın xarici işlər naziri Jan-İv Le Drian iyunun 13-də Türkiyəyə səfər edəcək.

Report Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında həyata keçirilir. 

Səfər çərçivəsində ikitərəfli əlaqələr, regional və beynəlxalq aktual məsələlər, Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin müzakirə olunacağı gözlənilir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti