Ölkədə bu günə qədər 181486 hektar sahədə taxıl biçini aparılıb

10-06-2019, 16:00
Oxunub: 343
Ölkə üzrə taxıl biçininə 1348 kombayn cəlb olunub


Bu günə qədər Azərbaycanda 171 231,7 hektar ərazidə arpa, 10 254,3 hektar ərazidə isə buğda biçini aparılıb. 

Etatist.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir. 

Bununla da ümumi göstərici 181 486 hektar təşkil edir. 

Ümumilikdə bu günə qədər ölkə üzrə 528 743,2 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 286 45 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax və Bərdə rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon   Arpa sahəsi, ha   Biçilmiş sahə, ha   Məhsuldarlıq, s/ha
Neftçala   31404   25190   21,6
Şəki    21626,3   10400   34
Biləsuvar    14900   12956   30
Sabirabad    9600   8213   38
Zərdab    5730   4342   30,5
Yevlax    5082,5   4150   28
Cəlilabad    4509,1   4090   35,2
Bərdə    2568   2537   31
Beyləqan    1765   1426   26,8

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Ölkə üzrə taxıl biçininə 1348 kombayn cəlb olunub. Bunlardan 511-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq”in kombaynları ilə 71710 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 1109776 hektar sahə biçilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti