“OPEC+ ölkələri kvotanı sərtləşdirməlidir”

7-06-2019, 17:42
Oxunub: 115
"Bazardakı son dəyişikliklər göstərir ki, biz tezliklə azaldılmanı sürətləndirməliyik"


OPEC+ ölkələri neft hasilatının azaldılması sazişini uzatmalıdır. Neft hasilatının artırılması barədə isə düşünmək belə lazım deyil.

Report Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Tamer əl-Qadban Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə bildirib:

“Hasilatın məhdudlaşdırılmasının uzadılması OPEC+ ölkələri üçün daha böyük ehtimaldır. Buna səbəb isə qeyri-müəyyənlik, ehtiyatların artması, ticarət müharibəsi və ABŞ-da hasilatın artmasıdır. Düşünürəm ki, azaldılma ilə bağlı saziş ən azı altı ay müddətinə uzadılacaq. Bazardakı son dəyişikliklər göstərir ki, biz tezliklə azaldılmanı sürətləndirməliyik”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti