Avropa Komissiyası İtaliyaya qarşı sanksiyanın tətbiqinə tərəfdardır

5-06-2019, 16:45
Oxunub: 120
"Bu gün 2018-ci ildə dövlət borcu və büdcə kəsiri hədlərinin pozulması ilə bağlı məruzə dərc etmişik"


Avropa Komissiyası ifrat səviyyəyə çatan dövlət borcu və büdcə kəsiri ilə bağlı İtaliya tərəfindən yol verilən pozuntuların nəticələrini aradan qaldırmaq üçün müvafiq prosedura başlamağı məqsədəuyğun hesab edir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib.

“Bu gün 2018-ci ildə dövlət borcu və büdcə kəsiri hədlərinin pozulması ilə bağlı məruzə dərc etmişik. Həmin hədlərə əməl olunmadığı qənaətinə gəldiyimiz üçün bu ölkəyə qarşı pozuntuların aradan qaldırılması işlərinə başlamağı lazım bilirik. Bu gün həmin işlərə hələ başlanmadığını dəqiqləşdirməliyəm. Ondan əvvəl Avropa İttifaqının üzvü olan həmin ölkə məruzəyə dair izahatını təqdim etməlidir... 2019-2020-ci illərdə dövlət borcunun ÜDM-in 135 faizinə çatacağını gözləyirik. 2018-ci ildə İtaliya dövlət borcunu maliyyələşdirmək üçün həmin ilə dair Avropa Komissiyasının proqnozuna nisbətən 2,2 milyard avro çox vəsait ödəyib. Belə ki, dövlət borcu ilə bağlı ödəmələr İtaliyanın təhsil sisteminin xərcləri qədərdir. İqtisadi artım da az qala tamam dayanıb”, - AK rəsmisi vurğulayıb.

Avropa İttifaqının maliyyə məsələləri üzrə komissarı Pyer Moskoviç İtaliya tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını bildirib.

Mövcud qaydaya görə, İtaliya hökuməti bir ay ərzində izahat təqdim etməlidir. Bundan sonra iki həftə ərzində ölkəyə qarşı sanksiya tətbiqi ilə bağlı qərar verilə bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti