Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

5-06-2019, 16:19
Oxunub: 183
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası iyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində keçirilib. 

İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti