SOCAR neft məhsullarının satışından gəlirini artırıb

4-06-2019, 17:56
Oxunub: 91
Hesabat dövründə şirkətin neft məhsullarının satışından gəlirləri 40,093mlrd. manat olub


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildə xam neft satışından gəlirini 3,3% artıraraq 58,462 mlrd. manata çatdırıb.

Report xəbər verir ki, bu barədə şirkətin 2018-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Hesabat dövründə şirkətin neft məhsullarının satışından gəlirləri 40,093mlrd. manat olub ki, bu da 2017-ci ildən 61,6% çoxdur.

Təbii qaz satışından isə SOCAR 3,191 mlrd. manat gəlir əldə edib. Bu isə 2017-ci ildəki göstəricidən 19,5% artıqdır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti