Ramil Usubov Qubada vətəndaşları qəbul edəcək

4-06-2019, 16:33
Oxunub: 120
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir


Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyun ayının 22-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Etatist.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti