Hesablama Palatasında kollegiya iclası keçirilib

4-06-2019, 16:49
Oxunub: 141
Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub


Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. 

Etatist.com quruma istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

- Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması vəziyyətinin və istifadə olunmasının qanunvericiliyə uyğunluğunun təhlilinə dair;

- Dövlət büdcəsindən beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılan vəsaitlərin istifadəsinə dair.

Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, qərarların icrası üçün aidiyyəti qurumlara onların göndərilməsinə, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara verilib. 

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti