BNA daşıyıcılara minnətdarlıq edib

3-06-2019, 17:54
Oxunub: 147
BNA-nın daşıyıcılar qarşısında qoyduğu tələblər, onların icra vəziyyətinə dair tövsiyə və xəbərdarlıqlar edilib


Bakı Nəqliyyat Agentliyində (BNA) paytaxtda keçirilən UEFA Avropa Liqasının Final Oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. 

Bu barədə Etatist.com-a BNA-dan məlumat verilib.

Görüşdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli çıxış edərək oyun zamanı nəqliyyat əməliyyatlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu işləri lazımi səviyyədə icra edən daşıyıcı şirkətlərin rəhbərlərinə və sürücülərə minnətdarlığını bildirib.

Görüşdə, həmçinin, Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında qoyduğu tələblər, onların icra vəziyyətinə dair tövsiyə və xəbərdarlıqlar edilib. O cümlədən, avtobusların texniki baxımdan qoyulan tələblərə uyğunlaşdırılması, vətəndaşlara göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılmasının vacibliyi bir daha daşıyıcıların diqqətinə çatdırılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti