“Azəriqaz” bu il çoxmərtəbəli binalarda 7800-dən çox mənzilə təbii qaz verib

3-06-2019, 17:00
Oxunub: 124
Həmin binalarda, ümumilikdə, 7 814 ailə yaşayır


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qurumdan Etatist.com-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-may aylarında hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılaraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edilib. 

Həmin binalarda, ümumilikdə, 7 814 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır", - məlumatda qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti