Latviyada Avropa Parlamentinə seçkilərdə səsvermə başlayıb

25-05-2019, 10:22
Oxunub: 117
Ölkə ərazisində olan 958 və xaricində yerləşən 444 seçki məntəqəsi saat 20:00-a qədər açıq olacaq


Latviyada bu gün saat 07:00-da Avropa Parlamentinə (AP) seçkilərdə səsvermə başlayıb.

Etatist.com Trend-ə istinadən xəbər verir ki, ölkə ərazisində olan 958 və xaricində yerləşən 444 seçki məntəqəsi saat 20:00-a qədər açıq olacaq.

Mərkəzi Seçki Komissiyası gün ərzində saat 08:00-dan, 12:00-dan, 16:00-dan 20:00-dan sonra seçicilərin sayı barədə məlumat verəcək.

Latviyada Avropa Parlamentinə seçkilərdə ilkin nəticələri Mərkəzi Seçki Komissiyası, 26-27 May tarixləri arasında gecə yarısı elan edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti