Ukraynada Ali Radaya növbədənkənar seçkilər üzrə kampaniya başlayıb

24-05-2019, 12:56
Oxunub: 290
Seçki prosesi müvafiq fərmanın dərc edildiyi günün ertəsi başlayır


Ukraynada Ali Radaya növbədənkənar seçkilər üzrə seçki prosesi rəsmən başlayıb.

Bu barədə Report UNİAN-a istinadən xəbər verir.

Qanuna əsasən, seçki prosesi müvafiq fərmanın dərc edildiyi günün ertəsi başlayır.

Xatırladaq ki, dünən "Uryadovıy kuryer" hökumət nəşrində ölkə Prezidenti Vladimir Zelenskinin Ali Radanın buraxılması və 21 iyul 2019-cu il tarixinə növbədənkənar seçkilər təyin etməsi barədə fərmanı dərc olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti