"İranı bombardman etsələr, təslim olmayacağıq"

24-05-2019, 12:22
Oxunub: 357
"Hətta əgər İran ərazisinə atəş açsalar, respublika sakinləri öz hədəflərinin ardınca getməyə davam edəcəklər"


İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatlarla yaranmış gərginlik fonunda bildirib ki, yaxın Şərq dövləti ərazisinin bombardmanlara məruz qalacağı təqdirdə təslim olmayacaq.

Report xəbər verir ki, bu barədə "RİA Novosti" İran rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bu gün bizə mətanət lazımdır, düşmənlər dərk etməlidir ki, bizim ürəklərimizdə ümidsizliyə yer yoxdur", - deyə o qeyd edib.

Ruhani vurğulayıb ki, hətta əgər İran ərazisinə atəş açsalar, respublika sakinləri öz hədəflərinin - müstəqilliyin və böyüklüyün ardınca getməyə davam edəcəklər. 

Daha əvvəl İran prezidenti bildirib ki, ABŞ Dövlət Departamenti rəsmən səkkiz dəfə Tehrana danışıqlara başlamaqla bağlı müraciət edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti