Suriyada silahlı dəstə hərbi bazaya hücum edib

24-05-2019, 11:47
Oxunub: 324
Hadisə Cilin yaşayış məntəqəsində baş verib


Suriyada silahlı qruplaşmaların keçmiş üzvlərindən ibarət dəstə Dəməşqdən 110 kilometr məsafədə yerləşən hərbi bazaya hücum edib.

Bu barədə Report "Al-Masdar"a istinadən xəbər verir.

Bildirilir ki, hadisə Cilin yaşayış məntəqəsində baş verib. Daha əvvəl hökumət ordusuna təslim olmuş silahlılar hərbi bazanın zabitlərindən ibarət qrupu əsir götürüblər.

Portalın məlumatına görə, silahlılar daha əvvəl həbs olunmuş keçmiş komandirləri Haysam əl-Haririnin azad olunmasını tələb edirlər. Qruplaşma üzvləri bildiriblər ki, komandirlərinin azad olacağı təqdirdə əsirləri buraxmağa hazırdırlar.

Suriya qoşunlarının komandanlığı hadisə ilə bağlı heç bir rəsmi şərh verməyib. 

Daha əvvəl Suriya ordusu İdlibdə bir neçə terrorçunu zərərsizləşdirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti