Misirdə anomal istilik müşahidə olunub

23-05-2019, 15:53
Oxunub: 171
Paytaxt Qahirədə temperatur 45 dərəcəyə çatır.


Misirdə may ayı üçün anomal istilik qeydə alınıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, paytaxt Qahirədə temperatur 45 dərəcəyə çatır.

Elə Aralıq dənizi sahillərində və Yuxarı Misirin şimalında da anomal istilər müşahidə olunur.

Proqnozlara görə, mayın 23-ü ən isti gün olacaq. Bununla əlaqədar təcili xidmətlər fövqəladə hal rejiminə keçirilib.

Misirin Təhsil Nazirliyi məktəblilər üçün xarici dil üzrə ümumi imtahanı ləğv edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti