Ərdoğan və Tramp G20 sammiti çərçivəsində görüşə bilər

23-05-2019, 11:26
Oxunub: 55
"Biz hazırda təqvim üzərində işləyirik"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə amerikalı həmkarı Donald Trampla görüşə bilər.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Reuters" məlumat yayıb.

Bildirilir ki, dövlət başçılarının görüşü 28-29 iyun tarixlərində Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tuta bilər.

"Biz hazırda təqvim üzərində işləyirik. Bir neçə müsbət siqnallar alırıq, lakin dəqiq vaxt hələ müəyyən olunmayıb. Onlar [Ərdoğan və Tramp] həmçinin Yaponiyada G20 sammitində görüşə bilərlər", - deyə agentlik mənbənin sözlərini sitat gətirir.

"İkitərəfli səfərlərə gəldikdə isə biz dəqiq tarix gözləyirik", - deyə Türkiyə hakimiyyəti nümayəndəsi əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti