Ombudsman aparatı nümayəndələri döyüş bölgəsində yerləşən hərbi hissədə olublar

22-05-2019, 12:09
Oxunub: 53
Görüşdə şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb


Müdafiə nazirinin və Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) birgə təsdiq etdikləri plana əsasən, “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüşdə Ombudsman aparatının Hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Elmin Cəfərov insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti