Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlanıb

21-05-2019, 11:24
Oxunub: 78
Vətəndaşın idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsi saxlanılıb


Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində dərman preparatları və mobil telefonlar aşkarlanıb.

Komitədən Etatist.com-a verilən məlumata görə, İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, vətəndaşın idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Nəticədə nəqliyyat vasitəsinin mühərrik yerləşən hissəsindən sellofana bükülü, üzərində "Coveram 10 mg" yazısı olan 11 ədəd, üzərində "Coversyl Plus 5 mg/1.25 mg" yazısı olan 9 ədəd, üzərində "Coversyl 5 mg" yazısı olan 6 ədəd, üzərində "Benzamycin" yazısı olan 15 ədəd, üzərində "Atarax 200 mg" yazısı olan 2 ədəd, üzərində "Prozac 20 mg/5 mg" yazısı olan 3 ədəd, üzərində "Mestinon Dragees" yazısı olan 2 ədəd, üzərində "Üropan 5 mg/5 ml" yazısı olan 1 ədəd, üzərində "Magnezi Kalsine 100 g" yazısı olan 1 ədəd, üzərində "Ferro Sanol B 150 ml" yazısı olan 1 ədəd dərman preparatları və mühərrik yerləşən hissəsindəki hava filtrinin içərisindən isə 4 ədəd "Samsung Galaxy A20", 1 ədəd "Samsung Galaxy A50", 3 ədəd "Mİ A2 Lite", 2 ədəd "Mİ9 SE" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti