Azərbaycan İsveçrəyə ixrac missiyası təşkil edəcək

20-05-2019, 15:28
Oxunub: 51
Artıq Fond missiyada iştirak üçün sənəd qəbulu elan edib


Azərbaycan iyulun 25-29-da İsveçrənin paytaxtı Bernə ixrac missiyası təşkil edəcək.

Report bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir. 

Artıq Fond missiyada iştirak üçün sənəd qəbulu elan edib. Fındıq istehsalı ilə məşğul olan sahibkarlar quruma müraciət edə bilərlər.

İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti