Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

20-05-2019, 14:00
Oxunub: 611
"Şirvanşahlar sarayı Azərbaycan üçün ən əhəmiyyətli tarixi abidələrdən biridir"


Azərbaycan tarixi memarlıq abidələri, sənətkarlıq və incəsənət nümunələri ilə zəngindir. Azıx mağarası, Qobustan qayaüstü rəsmləri, digər tarixi abidələr və tapıntılar sübut edir ki, Azərbaycan qədim insan yaşayış məskənlərindən biri olub. Bu da Azərbaycanın tarixini daha maraqlı edir.

Təəssüflər olsun ki, Azərbaycanda muzeylərə o qədər də böyük maraq yoxdur. Hərə bunun səbəbini başqa cür açıqlayır. Bəzilərinin fikrincə buna səbəb muzeylərdə eksponatların azlığı və ya gidlərin məlumatsızlığıdır ki, bu da muzeylərdə gəzintini maraqsız edir. Bəziləri isə düşünür ki, insanlarımızın mədəni istirahətə, incəsənətə, tarixə olan marağı azdır. Digər bir variant isə sosial problemlərdir. Keçirdiyimiz qısa şifahi sorğuda iştirak edənlər əsas bu üç variantın üzərində dayandı.

Bu barədə növbəti dəfə daha geniş soğru hazırlayacağıq. İndi isə muzeylər haqqında danışaq. Ötən gün Bakıdakı bəzi muzeyləri ziyarət edərkən qərara aldım ki, gördüyüm maraqlı eksponatlar haqqında Etatist.com oxucularına da məlumat verim.

İlk olaraq Arxeologiya və Etnoqrafiya Muzeyini ziyarət etdim. Burada arxeoloji qazıntılar nəticəsində tapılmış nümunələr içərisində ən çox rast gəlinən dulusçuluq nümunələri idi. Diqqətimi cəlb edən məqamlardan biri Bakı-Tblisi-Ceyhan kəmərinin inşası zamanı qazıntılar nəticəsində tapılan kurqanlar və məişət əşyaları oldu.

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mənim üçün xüsusilə maraqlı məqamlardan biri b.e.ə. II-I minilliklərdə artıq ibtidai insanların silah alətlərini kəşf etməsi oldu. Sərgilənən eksponatlar içərisində o dövrə qədər ən çox rast gəlinən ortaq əmək alətləri və bəzək əşyaları idi.

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Əgər tarixi abidələrdən danışırıqsa, Şirvanşahlar sarayını qeyd etmədən keçmək olmaz. Şirvanşahlar sarayı Azərbaycan üçün ən əhəmiyyətli tarixi abidələrdən biridir. O, Azərbaycan tarixinin ən mühüm dövrlərindən birinə şahidlik edib. 2000-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Şirvanşahlar sarayında indi də eksponatlar yüksək səviyyədə qorunub saxlanılaraq, ziyarətçilər üçün sərgilənir.

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Muzeyin girişində sizi Şirvanşahların şəcərəsinin qeyd olunduğu lövhə qarşılayır. Sarayın otaqlarını bir-bir gəzərkən tarixin səhifələrində səyahət edirmişəm hissinə qapıldım. Üzərində milli ornamentlərin əks olunduğu xalçalar, XII-XV əsrlərdə saray məclislərində “Muğam üçlüyündə” istifadə edilən qaval, səntur, çoğur musiqi alətləri, həmin dövr insanlarının dini inanclarının da üzərində əks olunduğu amulet boyunbağılar, cızma üsulu ilə həndəsi naxışlarla bəzədilmiş bilərziklər, üzərinə milli ornamentlər həkk edilmiş qadın geyimləri və s. füsunkar bir tarixi abu-hava yaradır.

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

 Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

 Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

XIX əsrdə zəngin şəxslər atlarının yəhər-yüyəninin daha gözəl olması ilə öyünərdilər. Dəri və metal üzərinə gümüş və əqiqlə işlənmiş at üçün qoşqu ləvazimatları da bunun ən gözəl nümunələrindəndir.

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Muzeydə xəttatlıq üçün ayrılmış otaqda nümayiş olunan “Quran”, xüsusilə, turistlərin böyük marağına səbəb olur.

Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

Sarayın həyətində yerləşən Şah məscidi və Şirvanşahların Ailə Türbəsi müasir Azərbaycan insanı üçün maddi memarlıq abidəsi olmaqla yanaşı, həmçinin mənəvi əhəmiyyətə malikdir. XV əsrə aid Şah məscidi bu gün də insanlar üçün ibadət yeri olaraq qalır. Şah məscidini ziyarət edərkən, orada insanları dua edərkən gördüm. 
 
Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

 Mədəniyyət gəzintisi: Azərbaycan muzeyləri

 

Sonda deyim ki, sosial problemləri bir müddətlik olsa da unutmağın, işin gərginliyini atmağın ən yaxşı üsullarından biri mədəni istirahətdir. Odur ki, vaxtaşırı muzeyləri ziyarət edin, teatra, musiqi konsertlərinə, rəsm sərgilərinə, kitab təqdimatlarına gedin.

Bir daha qeyd edim ki, muzeylər haqqında daha geniş sorğu hazırlayıb təqdim edəcəyik.
Mələk Hacıyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti