Milli Məclisin plenar iclası başlayıb

17-05-2019, 12:27
Oxunub: 343
İclasın gündəliyinə 18 məsələ daxildir


Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

Report xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələ daxildir.

Bunlar "Dövlət rüsumu haqqında", "Telekommunikasiya haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Hesablama Palatası haqqında" qanunlarına, eləcə də Mülki, İnzibati xətalar məcəllələrinə dəyişiklik layihələridir.

İclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" (üçüncü oxunuş), "Texniki təmizləmə haqqında" (ikinci oxunuş) qanun layihələrinə də baxılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti