HHQ-nin hissə və bölmələri peşəkarlığını artırır - VİDEO

16-05-2019, 19:53
Oxunub: 84
Normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb


2019-cu ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hissə və bölmələri arasında “Ən yaxşı heyət” və “Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktiki vərdişləri və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti