Prezident Norveç Kralını təbrik edib

16-05-2019, 18:09
Oxunub: 106
"Dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu ünvanlayıb.

Etatist.com-un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Əlahəzrət,

Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti