Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

16-05-2019, 01:50
Oxunub: 656
"Mən Azərbaycan insanını irəli düşüncəyə sahib, yeniliklərə açıq, cəmiyyətə müsbət motivlər vermək istəyən toplum kimi görmək istəyirəm"


May ayının 15-də Kitabıstan növbəti nəşrini - “İsveçrəliləri izləyin” kitabını təqdim edib.

Etatist.com xəbər verir ki, Tədbiri giriş sözü ilə Kitabıstanın direktoru Pünhani Əsgərli açıb, Azərbaycan və İsveçrənin dövlət himnləri səsləndikdən sonra o, nəşriyyatın yeni kitabı haqqında qısa məlumat verib:

""İsveçrəliləri izləyin" kitabı Kitabıstanın ümumilikdə 8-ci, tərcümə olaraq isə 7-ci nəşridir. Bu kitab vasitəsilə siz demokratiyanın, vətəndaş iştirakçılığının dövlət quruculuğunda rolunu görəcəksiniz".

"İsveçrədən ən birinci öyrənəcəyimiz şey məhz konsensus anlayışıdır: barışmaq, bir-birini dinləmək və arqumentlərin qalib gəlməyinə imkan yaratmaq"

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Qonaqlar “İsveçrəliləri izləyin” kitabı üçün hazırlanan video-çarxı izlədikdən sonra söz Kitabıstanın təsisçisi Şəhriyar Məcidzadəyə verilib. Ş.Məcidzadə bildirib ki, İsveçrə öz neytrallığını qoruyan ölkədir:

“Bu kitab niyə əhəmiyyətlidir? Çünki burada İsveçrənin idarəetmə sistemi, İsveçrə dövlətinin quruluşu, iqtisadiyyatı, İsveçrədə insan resursları ilə münasibətlər - hər şey öz əksini tapıb. Və bu kitabı sıradan insanlar yazmayıblar. Bu kitabın müəllifləri İsveçrədə çox məşhur olan “Avenir Suisse” analitik mərkəzinin - biz ona beyin mərkəzi deyirik - təşkilatçılığı ilə dünyanın fərqli ölkələrində incəsənət, idman, iqtisadiyyat, siyasət üzrə elmi dərəcələrə, akademik bilik səviyyəsinə sahib olan insanlar yazıblar. 

Kitab tərcümə olunan zaman tərcüməçilər müəlliflərin dilinin çox mürəkkəb olduğu ilə bağlı mənə bir xeyli şikayət etdilər. Mən də onlara deyirdim ki, İsveçrə mükəmməliyə can atan bir ölkədir və ingilis dilini ingilislərdən daha yaxşı öyrəniblər. Mən sizin hamınızı bu kitabı oxumağa, oxutmağa səsləyirəm. İstəyirəm ki, siz dünyanın ən yaxşı nümunələrini öyrənəsiniz. Bilirsiniz ki, bundan əvvəlki kitablarımızda hər dəfə bir ölkəni əhatə etmişik.

İsveçrədən ən birinci öyrənəcəyimiz şey məhz konsensus anlayışıdır: barışmaq, bir-birini dinləmək və arqumentlərin qalib gəlməyinə imkan yaratmaq. Bunlar bizim öyrənməli olduğumuz şeylərdir.

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Mən düşünürəm ki, İsveçrədə artıq insanlığın təkamülünün son pillələrinə çatırlar. Və gələcəyin qlobal dünyası özünün təcrübələrində məhz bu ölkəyə əsaslanacaq. Dünyanın ərazisi 510 milyon kvadrat kilometrdir. Və bunun sadəcə üçdə biri qurudur. Yəni 4 tərəfimiz su ilə əhatələnib. Dünyada 7 milyard insan yaşaya bilir. İsveçrədə isə bir neçə milyon. Ancaq bu insanlar fərqli dillərdə danışmaqlarına baxmayaraq, fərqli dinlərə mənsub olmalarına baxmayaraq, fərqli millətlər olmasına baxmayaraq, hamısı bir arada, İsveçrə üçün yaşayırlar. Dünya buna gələcək. İsveçrə isə artıq gəlib. 

Mən Azərbaycan insanını irəli düşüncəyə sahib, yeniliklərə açıq, cəmiyyətə müsbət motivlər vermək istəyən toplum kimi görmək istəyirəm və 7 ildir bu istiqamətdə hər gün çalışıram. Bundan sonra da çalışacam. Yeniliklər beyində olur, biz düşüncə tərzini dəyişməliyik. O zaman biz daha yaxşı bir dünya üçün öz töhfəmizi vermiş olacayıq. Bu kitabda əməyi olan tərcüməçilərə təşəkkür edirəm, bizim dizaynerimizə təşəkkür edirəm və burda əməyi keçən İsveçrə səfirliyinə təşəkkür eləyirəm. Ümidvaram ki, cəmiyyətimizə daha da yeni, daha da yaxşı kitablar, filmlər və yeniliklər təqdim edəcəyik”.

"Kitab İsveçrənin Azərbaycanda anlaşılması üçün çox böyük bir töhfə verəcək"

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Sonra söz İsveçrənin Azərbaycandakı səfirliyinin attaşesi Mario Eppə verilib. O, əvvəlcə Kitabıstan komandasına "İsveçrəliləri izləyin" kitabı və təqdimat üçün təşəkkür edib:

"İsveçrə səfirliyi və Kitabıstan aprelin sonunda “İsveçrəliləri izləyin” kitabının Azərbaycan dilinə tərcüməsi və çapı birgə layihəsini başa çatdırıb. Bu tərcümə ilə “İsveçrəliləri izləyin” kitabının redaktorları, Kitabıstan İsveçrənin Azərbaycanda daha yaxşı başa düşülməsinə töhfə verməyə xidmət edib və odur ki, İsveçrə səfirliyi iltifatla bu layihəyə dəstək verib. Özünütənqid İsveçrədə çox dərin kök salıb, ona görə də siz bu kitabda da bu fikrə, ideyaya rast gələcəksiniz. Buna görə də isveçrəli olmayan mütəxəssislərə İsveçrə, yəni mənim ölkəm haqqında yazmaqları xahiş olunub. Onlardan soruşuldu ki, İsveçrənin özəlliyi nədədir? Onun fərqli tərəfləri nələrdir? Ölkənin güclü və zəif tərəfləri nədən ibarətdir? Onlar da yazdıqları məqalələrlə bu suallara cavab veriblər.

Siz bu məqalələrdə görəcəksiniz ki, onlar heç bir dərs vermədən problemin necə həll olunmasına dair öz fikirlərini bölüşüblər. Son olaraq bu kitab - “İsveçrəliləri izləyin” azərbaycanlı oxuculara İsveçrəni, onun fərqli iqtisadi və siyasi sistemini yaxından tanımaq üçün unikal imkan yaradır. Mən son olaraq öz nitqimi Kitabıstan nəşriyyatına kitabın tərcüməsi və nəşrinə verdikləri töhfə üçün təşəkkürümü bildirməklə sonlandırmaq istəyirəm. Səfirlik ümid edir ki, kitab İsveçrənin Azərbaycanda anlaşılması üçün çox böyük bir töhfə verəcək”.

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Tədbirdə Kitabıstanın yeni fəaliyyətə başlayacaq saytı da (kitabistan.org) təqdim edilib. Sayt haqqında Şəhriyar Məcidzadə məlumat verib:


“Sayt 2 dildə olacaq - Azərbaycan və ingilis dilində. Kitabıstanın saytı çox sadə olacaq və burda artıq siz kitabla bağlı fikirlərinizi yaza biləcəksiniz, biz də onları yayımlayacağıq. Kitabı əldə etmək üçün birbaşa saytdan sifariş edə biləcəksiniz”.

Qeyd edək ki, “İsveçrəliləri izləyin” kitabı İsveçrənin siyasi, iqtisadi sistemindən, isveçrəlilərin gətirdikləri yeniliklərdən bəhs edir. Kitab bu gündən etibarən satışa çıxarılıb.

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Azərbaycanda daha bir dünya miqyaslı kitabın təqdimatı oldu - FOTOLAR

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti