Hindistanda qasırğa qurbanlarının sayı 64-ə çatıb

13-05-2019, 13:41
Oxunub: 131
Xilasedicilər sulardan 18 cəsəd çıxarıblar


Hindistanda "Fani" qasırğası 64 nəfərin həyatına son qoyub.

Bu barədə Report NDTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə Puri şəhərinə güclü zərər vurub. Xilasedicilər sulardan 18 cəsəd çıxarıblar.

Regionda bərpa işlərinə başlanılıb. Təbii hadisənin vurduğu ziyanın miqdarı hesablanır.

Qeyd edək ki, "Fani" qasırğası Hindistanda mayın 3-də tüğyan edib. Təbii hadisə son 20 ildə ölkə tarixində ən dağıdıcı qasırğadır. 

Daha əvvəl bildirilirdi ki, "Fani" qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti