Pompeo Lavrovla mayın 14-də görüşəcək

13-05-2019, 12:25
Oxunub: 124
Bu gün Pompeonun Moskvaya səfər edəcəyi planlaşdırılırdı


ABŞ-ın dövlət katibi Maykl Pompeo Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə görüş keçirmək üçün mayın 14-də Soçiyə gedəcək.

Report xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Qeyd edək ki, bu gün Pompeonun Moskvaya səfər edəcəyi planlaşdırılırdı, amma ABŞ dövlət katibi Brüsseldə İranın nüvə sazişi ilə əlaqədar Avropa İttifaqı rəsmiləri ilə görüşdə iştirak etmək üçün səfəri təxirə salıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti