Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilib

11-05-2019, 15:25
Oxunub: 89
İmtahan saat 11.00-da başlayıb və 3 saat davam edib


Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Etatist.com-a verilən məlumata görə, imtahan saat 11.00-da başlayıb və 3 saat davam edib.

İmtahanda nаmizədlərə 100 suаldаn ibаrət kitаbçа təqdim оlunub. 80 suаl namizədin qanunvericilik sahəsi üzrə, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini yoxlamaq üçündür.

Namizədlərin normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülüb və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilib.

İmtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə sabah saat 15.00-dan sonra elan olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti