Putin Soçidə ABŞ-ın dövlət katibi ilə görüşəcək

10-05-2019, 17:32
Oxunub: 33
Pompeo Rusiya prezidenti ilə ikitərəfli və çoxtərəfli əlaqələrlə bağlı bütün məsələləri müzakirə edəcək


ABŞ-ın dövlət katibi Maykl Pompeo mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

M.Pompeo Rusiya prezidenti ilə ikitərəfli və çoxtərəfli əlaqələrlə bağlı bütün məsələləri müzakirə edəcək.

Dövlət katibi mayın 13-də Moskvada ABŞ səfirliyinin əməkdaşları, amerikalı tələblər və amerikalı iş adamları ilə görüşəcək.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüşün mayın 14-də Soçidə keçiriləcəyinə dair məlumat yayılmışdı. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti