“Toyota” ilə “Panasonic” birgə müəssisə yaradacaq

9-05-2019, 11:29
Oxunub: 163
"Gündəlik həyata yeni bir dəyər qazandırmaq üçün gücümüzü birləşdirib sərf edəcəyik"


Yaponiyanın “Toyota” və “Panasonic” şirkətləri yaşayış evlərində, şəhərsalmada istifadə edilə bilən şəbəkə texnologiyaları hazırlayacaq birgə müəssisə yaratmağı planlaşdırır.

Report “Kyodo”ya istinadən xəbər verir ki, yeni şirkət gələn ilin əvvəllərindən mənzillərdə fərdi servis sistemləri üçün istifadə edilə bilən texnologiyalar hazırlayacaq.

“Gündəlik həyata yeni bir dəyər qazandırmaq üçün gücümüzü birləşdirib sərf edəcəyik”, - “Panasonic”in prezidenti Kazuhiro Tsuqa birgə bəyanatda qeyd edib.

“Toyota” şirkəti yeni sistemin tikinti və ticarətdən tutmuş elektrik maşınları da daxil olmaqla yeni nəqliyyat vasitələri və mənzillərin enerji təchizatınadək bir çox sahələrdə istifadə oluna biləcəyini bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti