Tramp Çini ticarət sazişini pozmaqda ittiham edib

9-05-2019, 11:12
Oxunub: 123
"Onlar sövdələşməni pozdular"


ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin hökuməti ticarət danışıqları zamanı "ticarət sövdələşməsi"ni pozub.

Report "Bloomberg"ə istinadən xəbər verir ki, o bunu Florida ştatında öz tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Onlar sövdələşməni pozdular", - deyə "Bloomberg" Trampın sözlərini sitat gətirib.

Daha əvvəl Donald Tramp mayın 10-da bir sıra Çin məhsullarına qoyulan gömrük rüsumunun həcmini 25 faizə qədər artıracağını bildirib. Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlar Çinlə ticarətdə daha milyardlarla dollar itirmək niyyətində deyil.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti