"İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik"

8-05-2019, 14:47
Oxunub: 31
"Yəhudi dövlətinin varlığını təhdid edənlərə qarşı İsrail mübarizəni davam etdirəcək"


“Biz İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”.

Report "News.ru"ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə razılaşmasından qismən çıxması qərarına münasibət bildirərkən deyib.

“İranın nüvə proqramını davam etdirmək niyyətində olduğunu eşitdim. Biz İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”, - İsrail hökumətinin başçısı vurğulayıb.

O bildirib ki, yəhudi dövlətinin varlığını təhdid edənlərə qarşı İsrail mübarizəni davam etdirəcək.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani mayın 8-də ölkəsinin nüvə razılaşmasından qismən çıxacaqlarını bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti