Belarusda Azərbaycanın Milli Qəhrəmanının xatirəsi yad edilib

8-05-2019, 14:41
Oxunub: 71
Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb


1992-ci il iyun ayında ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin Slutsk şəhərində anma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, Belarus xalqının ənənəvi bayramı sayılan “Radonitsa” günündə ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri Milli Qəhrəmanın anası Kima Davidoviç ilə görüşüblər. 

Əvvəlcə Milli Qəhrəmanın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb.

Vurğulanıb ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dotluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

Qəhrəmanın anası da öz növbəsində çıxış edərək oğlunun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti