Hərbi topoqraf və hidroqrafların elmi-praktik konfransı keçirilib

8-05-2019, 12:41
Oxunub: 69
Tədbirdə vahid koordinat sisteminə keçid barədə brifinqlər təqdim olunub


2019-cu tədris ilinin hazırlıq planına əsasən, hərbi topoqraf və hidroqrafların “Azərbaycan Ordusunda vahid koordinat sisteminə keçidin təmin edilməsi və coğrafi informasiya sistemlərinin tətbiqi perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyi Naviqasiya və Kartoqrafiya İdarəsi tərəfindən təşkil edilən konfransda Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən müasir silah və hərbi texnikanın strateji və taktiki xüsusiyyətlərinin əhəmiyyəti və onların idarəetmə sistemlərində uğurla istifadə edilən rəqəmli, vektor xəritələrin və coğrafi informasiya sistemlərinin effektivliyi qeyd olunub.

Tədbirdə fotoqrafik işlər və geodeziya ölçmələri zamanı yeni texnologiyaların istifadəsi, müxtəlif proyeksiyalı və koordinat sistemli xəritələrin hazırlanması prosesində müasir proqram təminatının tətbiqi və vahid koordinat sisteminə keçid barədə brifinqlər təqdim olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti