ETSN: Qanunsuz ağac kəsintisi ilə bağlı sənədlər prokurorluğa göndərilib

7-05-2019, 11:42
Oxunub: 70
Toplanan araşdırma materialları Baş Prokurorluğa göndərilib


Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanan araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Bu barədə Etatist.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, maayın 5-də ETSN-ə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti