Ermənistan silahlı bölmələri atəşkəs rejimini 22 dəfə pozub

5-05-2019, 10:43
Oxunub: 82
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Etatist.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti