"Lavrov və Pompeo arasında görüş razılaşdırılıb"

3-05-2019, 11:16
Oxunub: 184
"Lavrov ilə Pompeonun görüşünün gələn həftə Finlandiyada keçirilməsi razılaşdırılıb"


"Rusiya və ABŞ-ın xarici siyasət qurumlarının rəhbərləri Sergey Lavrov ilə Maykl Pompeonun görüşünün gələn həftə Finlandiyada keçirilməsi razılaşdırılıb".

Report xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, "bəli, görüş razılaşdırılıb", - deyərək, dünən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmi nümayəndəsinin Lavrovla Pompeonun mayın 6-7-də Finlandiyada keçiriləcək Arktika Şurasının Nazirlər Sessiyası çərçivəsində görüşə biləcəyinə dair verdiyi açıqlamaya şərh verərkən söyləyib.

Xatırladaq ki, mayın 1-də Rusiya və ABŞ xarici siyasət orqanlarının rəhbərləri telefon danışığı zamanı Venesueladakı vəziyyətlə bağlı müzakirələr aparıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti