Aİ-nin növbədənkənar sammiti mayın 28-də keçiriləcək

3-05-2019, 16:34
Oxunub: 47
Görüşdə Avropa Komissiyası prezidenti vəzifəsinə Jan Klod Yunkerin xələfinin namizədliyi müzakirə olunacaq


Mayın 28-də, yəni Avropa Parlamentinə seçkilərdən sonra Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin liderlərinin Brüsseldə növbədənkənar görüşü nəzərdə tutulur.

Report “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin bəzi rəsmiləri bildiriblər. Belə ki, görüşdə Avropa Komissiyası prezidenti vəzifəsinə Jan Klod Yunkerin xələfinin namizədliyi müzakirə olunacaq.

Xatırladaq ki, Avropa Parlamentinə seçkilər 23-26 may tarixində keçiriləcək, yeni parlamentin 2 iyul tarixindəki ilk iclasında isə Avropa Komissiyası prezidentliyinə namizəd irəli sürüləcək.

Sammitin keçiriləcəyi barədə Avropa Şurasının prezidenti Donald Tusk tərəfindən mayın 9-da Rumıniya səfəri zamanı məlumat veriləcəyi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti