Kraliça II Elizabet Trampı Britaniyaya dəvət edib

23-04-2019, 16:52
Oxunub: 66
Saray Trampın Britaniyaya üçgünlük səfər edəcəyini təsdiqləyib


Böyük Britaniyanın Kraliçası II Elizabet ABŞ Prezidenti Donald Trampın Krallığa dövlət səfəri etmək dəvətini qəbul etdiyini bildirib.

Report xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bukingem Sarayından verilən məlumata görə, Kraliça Prezident və həyat yoldaşını iyunun 3-dən 5-dək Böyük Britaniyaya dəvət edib və ABŞ lideri dəvəti qəbul edib.

Saray Trampın Britaniyaya üçgünlük səfər edəcəyini təsdiqləyib.

Səfərin detalları və onun proqramı barədə digər detallar barədə sonra məlumat veriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti