MN nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək

22-04-2019, 10:32
Oxunub: 51
Beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq


Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti