Hesablama Palatasının əməkdaşları ECOSAI-ın seminarında iştirak edib

22-04-2019, 12:17
Oxunub: 105
Yekunda praktik seminarın nəticələri barədə məlumat verilib


Türkiyədə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ali audit qurumlarının təmsil olunduğu ECOSAI təşkilatı tərəfindən “Etikanın auditinə giriş” mövzusunda keçirilmiş praktik seminarda Hesablama Palatasının İcmal-analitik şöbəsinin aparıcı məsləhətçisi Tamerlan Yusif-zadə və Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin aparıcı məsləhətçisi Tural Cahangirli iştirak ediblər.

Palatdan Etatist.com-a verilən məlumata görə, seminarda təşkilata üzv olan və olmayan 13 ölkənin ali audit qurumunun 28 təmsilçisi iştirak edib.

Seminarı Türkiyə Hesablama Məhkəməsinin və ECOSAI-ın sədri Seyid Ahmed Baş giriş sözü ilə açıq elan etmiş və tədbir haqqında qısa məlumat verib.

Seminar Türkiyə Hesablama Məhkəməsinin təmsilçiləri və EUROSAI-ın “Audit və Etika” xüsusi qrupunun sədri Helena Abreu Lopez tərəfindən aparılıb. Tədbirin gedişatında etikanın auditi sahəsində əsas anlayışlar və təriflər, etika auditinin keçirilməsinin məqsədi, bu auditin qurulması (o cümlədən mövzuların seçilməsi, auditin forması, auditin predmeti, auditin meyarları, məlumat toplama metodları), auditin həyata keçirilməsi, audit hesabatının hazırlanması və ona tələblər mövzuları üzrə təlimlər keçirilmiş, hər bir mövzu üzrə praktik məsələlər qoyularaq müzakirələr aparılmış, təkmil təcrübə barədə nümunələr təqdim edilib.

Praktik seminarın son günündə Hesablama Palatasının nümayəndəsi seminarın mövzusu üzrə təqdimat edərək etikanın auditi ilə bağlı Hesablama Palatasının mandatı, dövlət sektorunda etik münasibətləri tənzimləyən mövcud normativ-hüquqi baza, tətbiq edilə bilən audit meyarları, nəzarət tədbirlərində etika məsələlərinə dair Hesablama Palatasının tövsiyələri barədə məlumat verib.

Yekunda praktik seminarın nəticələri barədə məlumat verilib, iştirakçıların tədbir haqqında rəyləri dinlənilib və “Etikanın auditinə giriş” mövzusu üzrə praktik seminarın sertifikatları iştirakçılara təqdim edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti