Səmərəli lampalarla 38 300 kVt/s elektrik enerjisinə qənaət edilib

22-04-2019, 11:33
Oxunub: 126
"Közərmə lampalarından istifadə dünyanın bir çox ölkəsində qadağan olunub"


“Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində 2018-ci ildə közərmə lampalarının səmərəli lampalarla əvəz edilməsi nəticəsində 38 300 kVt/s elektrik enerjisinə qənaət edilib”. 

Bu barədə Etatist.com-a Energetika Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, közərmə lampalarından istifadə dünyanın bir çox ölkəsində qadağan olunub. 

"Elektrik enerjisini çox sərf etməsi və bu enerjinin 90%-ni istilik enerjisinə çevirməsinə görə közərmə lampalarından istifadə dünyanın bir çox ölkəsində qadağan olunub. Əvəzində istilik verməyən və daha az enerji istifadə edən səmərəli LED lampalara üstünlük verilir”, - məlumatda qeyd olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti