Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək

22-04-2019, 11:09
Oxunub: 65
Qəbulda Kürdəmirlə yanaşı Ucar və Göyçay rayonlarından olan vətəndaşlar da iştirak edə bilərlər


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 26-da Kürdəmir rayonunda vətəndaş qəbulu keçirəcək.

Bu barədə Etatist.com-a komitədən bildirilib.

Məlumata görə, saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Kürdəmirlə yanaşı Ucar və Göyçay rayonlarından olan vətəndaşlar da iştirak edə bilərlər. Qəbul zamanı komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlərə baxılacaq. Həmçinin torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), Əlaqədar şəxs: Samir Salıfov - (050) 800-50-65;

Komitənin Ucar ərazi şöbəsi: (020) 213-01-13, 255-55-39;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi: (020) 213-02-74, 255-51-62.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti