Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib

21-04-2019, 13:04
Oxunub: 117
Bakı Qarnizonunda döyüş hazırlığının təhlilinə həsr olunmuş müşavirə keçirilib


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin I rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının, hərbi nizam-intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

Etatist.com xəbər verir ki, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin 3 ayı ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti