Şinzo Abe ABŞ-a səfər edəcək

19-04-2019, 20:47
Oxunub: 83
Bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib


Yaponiyanın Baş naziri Şinzo Abe gələn ay ABŞ-a səfər edəcək. Daha sonra ABŞ Prezidenti Donald Tramp Yaponiyaya gedəcək.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono Vaşinqtonda “2+2” formatındakı görüşün yekunlarına dair ABŞ dövlət katibi Maykl Pompeo və müdafiə nazirinin birinci müavini Patrik Şanahan, həmçinin Yaponiyanın müdafiə naziri Takeşi İvaya ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Nazir yeni imperatorun taxt-taca qalxmasından sonra ölkəyə rəsmi səfərə gələn ilk xarici qonağın da məhz Donald Tramp olacağını diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti