AZAL prezidenti Quançjouda ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak edib

18-04-2019, 17:32
Oxunub: 109
“Canton Fair” sərgisi Azərbaycandan da olmaqla getdikcə daha çox sayda sahibkarları cəlb edir


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Çinin Quançjo Ticarət-Sənaye Palatasının (TSP) dəvəti ilə bu şəhərdə keçirilən “Canton Fair” ticarət-sənaye sərgisinin açılışında iştirak edib.

Bu barədə Etatist.com-a AZAL-dan bildirilib. 

Məlumata görə, 1957-ci ildə əsası qoyulan “Canton Fair” sərgisi (həmçinin Çin idxal və ixrac malları yarmarkası kimi tanınır) dünyaca məşhur çoxprofilli sərgidir. Bu sərgini həmçinin Çin sənayesinin əsas vitrini adlandırırlar.

O, ildə iki dəfə - yazda və payızda keçirilir. Bu il sayca 125-ci yarmarka aprelin 15-dən mayın 5-dək keçirilir və onun sərgi pavilyonlarının ümumi sahəsi 1 200 000 kvadrat metr təşkil edir.

Bütün dünyadan və demək olar ki, Çinin bütün əyalət və şəhərlərindən olan istehsalçılar və tədarükçülər yüz min adda məhsul təqdim edirlər. Bu sərgidə, ümumilikdə, 25 mindən çox şirkət iştirak edir.

“Canton Fair” sərgisində bütün çin ixracının illik həcminin onda bir hissəsini təşkil edən sövdələşmələrin ən böyük həcmi və dövriyyəsi həyata keçirilir.

“Canton Fair” sərgisi Azərbaycandan da olmaqla getdikcə daha çox sayda sahibkarları cəlb edir.

“Sürətlə böyüyən Çin bazarı Azərbaycan sahibkarları üçün çox cəlbedicidir. Bununla əlaqədar olaraq, biz gələcəkdə Çini daha əlçətan etməyi və bu ölkəyə yeni reyslər açmağı planlaşdırırıq”, – deyə C.Əsgərov bildirib.

Hazırda Azərbaycanın Milli aviadaşıyıcısı AZAL Pekinə birbaşa uçuşlar, “Silk Way” yük aviaşirkəti isə Çinin Çjençjou və Şanxay şəhərlərinə birbaşa reyslər yerinə yetirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti