Maliyyə Bazarlarına Nəzarət Palatasında “Visa"nın nümayəndələri ilə görüş keçirilib

17-04-2019, 15:41
Oxunub: 86
"Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün böyük potensial mövcuddur"


Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ilə “Visa Inc.” beynəlxalq kart təşkilatının baş vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa qrup ölkələri üzrə meneceri Vira Platonovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan Etatist.com-a verilən məlumata görə, görüşdə birgə əməkdaşlıq istiqamətləri, ödəniş kartları bazarında aparılan islahatlara və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub, rəqəmsal transformasiyanın sürətləndirilməsi, ödəniş kartları bazarında innovativ ödəniş həllərinin tətbiqi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində atılan addımlara dair qonaqlara məlumat verilib. Həmçinin, ödəniş kartları bazarının cari inkişaf vəziyyəti və müşahidə olunan tendensiyalara toxulunub.

Rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar və inkişaf tendensiyalarının müzakirə olunduğu görüşdə, Palata tərəfindən ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində yeni hüquqi çərçivənin formalaşdırılması, banklarda elektron bankçılıq xidmətlərinin tətbiqinin genişləndirilməsi və innovativ ödəniş həllərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat açıqlanıb.

V.Platonova görüş zamanı bildirib ki, Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün böyük potensial mövcuddur. “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən aparılan təhlillərə əsasən sonuncu il ərzində ölkədə nağdsız ödənişlərin həcmi 42%, sayı isə 33% artıb. Bu cür müsbət dinamika və qlobal ekspertizaya əsaslanaraq nağdsız ödənişlərdə innovativ ödəniş həllərinə aktiv tələbat mövcuddur. “Visa Inc.” beynəlxalq kart təşkilatı əmindir ki, birgə səylərimiz ölkədə ödəniş ekosisteminin inkişafına müsbət təsir göstərəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti