Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirilib

17-04-2019, 15:34
Oxunub: 136
Gürcüstan nümayəndə heyətinə Laşa Darsalia, Azərbaycan nümayəndə heyətinə isə Ramiz Həsənov başçılıq edib


Bakıda Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Report xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsalia, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ramiz Həsənov başçılıq edib.

Məsləhətləşmələrdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

L.Darsalia məsləhətləşmələr çərçivəsində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti